TürkBirDev Kültür ve Eğitim Vakfı - Boston şübesi
TürkBirDev Kültür ve Eğitim Vakfı - Boston şübesi
15 Boston Street
South Boston,
ph: 617 269 7300, Cep: 617 833 1218
bilgi
"Remembering Khojaly"
Saturday, February 25th, 2017 at 5:30pm
Dear friends,
Twenty-five years ago, in the early hours of February 26th, 1992, the Azerbaijani town of Khojaly witnessed what the Human Rights Watch later called the “largest massacre to date in the conflict” between Armenia and Azerbaijan. On that day, more than 600 Khojaly residents, including women and children were brutally killed, and hundreds more were wounded.
Every year since 1992, the people of Azerbaijan and Azerbaijani communities all around the world hold commemorative events to honor all those innocent victims of the Khojaly Massacre, and to call for justice so that no such massacres are ever again repeated. This year, the Azerbaijani community of Boston and friends of Azerbaijan will also come together for a commemorative event, dedicated to the 25th anniversary of the Khojaly Massacre.
Please join us in reflecting on this tragedy and revitalizing our shared respect for human life:
"Remembering Khojaly"
Saturday, February 25th, 2017, at 5:30pm
“Anchor” Room
50 Milk Street, Boston, MA 02109
The event will also feature the projection of “Endless Corridor”, an award-winning documentary, narrated by Oscar-winning British actor, Jeremy Irons. The film follows the two journalists, Lithuanian Richard Lapaitis and Russian Victoria Ivleva, on their return to Azerbaijan twenty years after covering the horrific scenes in Khojaly. They journey to find the survivors they had first met in the aftermath of the massacre. By relating the accounts of both sides, perpetrators and victims, the film aims to help in keeping the memories of that night alive, remembering and honoring victims and survivors.
Directed by Lithuanian Aleksandras Brokas, this film has received many prestigious awards in different parts of the world, including Best of Show Award in the US-based Accolade Global Film Competition in 2015.
Please RSVP here by February 24th, 2017.
For any question, please write on bostonkhojalycommemoration@ gmail.com.
With best regards,
Fakhraddin Ismayilov
Boston şəhərində, Müstəqil Türk dövlətləri Azərbaycan və Türkiyə icmaları Xocalı faciəsini yad etdi..
Fevralın 25-də Boston şəhərində Müstəqil Türk Dövlətlərimizdən biri olan Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin yaxından dəstəyi ilə Xocalı qətliamının 25-ci ildönümünə həsr olunmuş toplantı təşkil edilib. Toplantıya Azərbaycanla yanaşı Türk dövlətlərimizdən Türkiyə Cümhuriyyəti icmalarının təmsilçiləri və eləcə də yerli ictimaiyyətin nümayəndələri də qatılıblar. İştirakçılar arasında Türkiyə Cümhuriyyətinin Bostondakı Baş konsulu Ömür Budak da olub.
İlk əvvəl, Harvard Universitetinin Kennedi adına Hökumət Məktəbində təhsil alan Azərbaycan Türkü Fəxrəddin İsmayılov toplantı iştirakçılarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarda ölkənin üzləşdiyi təcavüz və işğal haqqında məlumat verib və bu kontekstdə, erməni hərbi birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bəşəriyyət əleyhinə cinayət olan Xocalı qətliamından söz açıb. Xocalı sakinlərinin məruz qaldıqları iztirablar iştirakçıların diqqətinə çatdırılıb və dinc sakinlərin qanına qəltan edildiyi bu dəhşətli faciənin 25 il sonra hələ də beynəlxalq səviyyədə öz ədalət mühakiməsini gözlədiyi qeyd edilib. Azərbaycanın bu istiqamətdə apardığı ədalətli mübarizəyə göstərilə biləcək hər bir dəstəyin böyük önəm daşıdığı vurğulanıb.
Bu təqdimatın ardınca tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra çıxış edən Türkiyənin Boston Baş konsulu Ömür Budak, qardaş Azərbaycan xalqına qarşı, Xocalıda xüsusi qəddarlıqla həyata keçirilən vəhşilikləri xatırladaraq, onları qətiyyətlə qınayıb. Ömür Budak, qardaş Azərbaycanın ağrılarına şərik çıxaraq, hüznünü bölüşdüyünü ifadə edib. O, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” devizinin ruhuna sadiq qalaraq, haqq mübarizəsində hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib. Baş konsul Azərbaycan torpaqlarının işğalına dərhal son qoyulması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən yana danışıb.
Çıxışların ardınca iştirakçılara Xocalı qətliamından bəhs edən “Sonsuz Dəhliz” (“Endless corridor”) müstəqil filmi nümayiş etdirilib və bu film böyük maraqla qarşılanıb. Qeyd edək ki, sözügedən filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən “Xocalıya ədalət” kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.
Tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilən bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olan hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak edən şəxslərlə müsahibələri əsasında qurulub.
Qaynaq: www.trend.az
TürkBirDev Kültür ve Eğitim Vakfı - Boston şübesi
15 Boston Street
South Boston,
ph: 617 269 7300, Cep: 617 833 1218
bilgi